Bakıda fərdi evdə yanğın baş verib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən verilən məlumata görə, Bakının Sabunçu rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 35 m2 olan mətbəxin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR