Gəncə sakini intihara cəhd edib

Gəncədə intihara cəhdin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Nizami rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə yaşadığı beşmərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanına çıxması barədə məlumat daxil olub.

Dərhal Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR