"Hafka"nın klubuna taylandlılar sahib çıxdı

"Hafka"nın klubuna taylandlılar sahib çıxdı
17:27 8 Yanvar 2015
180 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin “Şeffild Uensdey” klubu müflis olmuş azərbaycanlı iş adamı Hafiz Məmmədovla sponsorluq müqaviləsini ləğv etdikdən sonra özü üçün yeni sponsor tapıb
 Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, klub rəsmiləri artıq komandaya kimin sahib çıxacağı yönündə apardığı işlərin bəhrəsini görüblər.
 
Belə ki, taylandlı iş adamları 1-ci divizion (Çempionşip) təmsilçisi ilə yaxından maraqlanır. Yerli mətbuatın yazdığına görə, hazırda tərəflər arasında danışıqlar gedir. Əgər bu müzakirələr uğurla nəticələnsə, cənub-şərqi asiyalılar klubun yeni himayədarı olacaqlarlar.
 
Qeyd edək ki, Məmmədovun "Şeffild Uensdey"ə sahibliyi barədə iyunun 10-da bağlanan anlaşmaya əsasən, lazımi məbləğdə vəsaiti ödəyə bilməməsi səbəbindən müqavilə qüvvədən düşmüşdü.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR