Play Store

Bərdədə ticarət mərkəzi yanıb - FHN

Bərdə şəhərində ticarət mərkəzi yanıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, şəhərdə "Bərdə" ticarət mərkəzinin ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 612 m2 olan 12 mağazanın yanar konstruksiyaları ümumilikdə 600 m2 sahədə yanıb.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 05:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR