"Azərbaycan jurnalistikası inkişaf edir" - Prezident İlham Əliyev

Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır.

Metbuat.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərini ürəkdən təbrik edirəm, onlara yeni uğurlar arzulayıram. Bu gözəl peşə bayramı ərəfəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışına toplaşmışıq. Bu, sayca ikinci binadır. Birinci binada artıq neçə ildir ki, jurnalistlər yaşayırlar. İndi də ikinci binanın açılışını qeyd edəcəyik. Birinci binada 156, ikinci binada isə 255 mənzil var. Eyni zamanda, biz bu gün üçüncü binanın təməlini qoyacağıq. Üçüncü binada da 255 mənzil nəzərdə tutulur".

İlham Əliyev bildirib ki, beləliklə, qısa müddət ərzində yüzlərlə jurnalistə dövlət tərəfindən mənzil verilir və bu, dövlət tərəfindən Azərbaycan jurnalistikasına göstərilən növbəti diqqətin təzahürüdür: "Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır".

İlham Əliyev jurnalistlərə mənzillərin paylanması mərasimində iştirak edir - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR