Play Store

Hər kəsin sevimlisi "3 bacı dolması" - RESEPT

Uşaqdan böyüyə hər kəsin sevimli yeməklərindən biri də “3 bacı dolması”dır.

Metbuat.az gənc xanımlar üçün dolmanın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

750 qram qiymə

3 ədəd soğan

5 ədəd balaca badımcan

5 ədəd bibər

5 ədəd pomidor

1 dəstə keşniş

1 dəstə şüyüd

1 dəstə reyhan

Kərə yağı, zeytun yağı

Duz

Hazırlanmasına gəldikdə, əvvəl dolmanın içliyi hazırlanır. Soğan qiyməylə qarışdırılır və tavaya tökülür. Üzərinə bir stəkan su əlavə olunur. Su çəkildikdən sonra kərə yağı əlavə edib qızardılır. Ət qızardıqdan sonra duz və doğranmış keşniş, şüyüt, reyhan əlavə olunur. İçlik hazırlandıqdan sonra badımcan, bibər, pomidor hazırlanır. Bunun üçün badımcanın sapı kəsilir, uzununa kəsilir və içi duzlanır (duzlanmış badımcanı 15 dəqiqə saxlayırıq ki, acısı çıxsın). Pomidorun baş hissəsi qapaq kimi kəsilir və içi qaşıqla çıxardılır (içini qiyməyə də doğrayıb qatmaq olar). Bibərin sapı və həmin hissəsi qapaq kimi kəsilir. Badımcan, bibər, pomidorun içi içliklə doldurulur. Orta istilikdə bişirilir.

Nuş olsun!

"Mimoza" salatının hazırlanma qaydası -RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR