Uşaqları bu qidalardan uzaq tutun

Paketli qidalar həyatımızın hər dövründə mövcuddur. Bəs bu qidalar sağlamlığımıza nə dərəcədə təsir edir?

Metbuat.az xəbər verir ki, kartof çipsilər köhnə kartoflardan hazırlanır. İlk olaraq bu kartoflara düyü ya da qarğıdalı unu əlavə edilir. Bişərkən kansorogen maddələr kartofa keçə bilər.

Bir şüşə ketçupdakı pomidorun miqdarı ketçupun keyfiyyətinə bağlıdır və 6, 10 faiz arasında dəyişir. Ketçup istehsal olunarkən uzun müddət qalması üçün içərisinə qarğıdalı şərbəti əlavə olunur. Bu səbəblə, ketçup alarkən qiyməti bir qədər baha, keyfiyyəti yüksək olanı seçin.

Xüsusilə, səhər yeməklərində istifadə etdiyiniz şokoladların çoxu şəkər tozu və yağdan hazırlanır. Daha çox palma yağlarından istifadə edilir. Mütəxəssislər, üzərində ağ xəttlər olan şokoladları yeməməyi məsləhət görür.

Meyvə yoğurtlarının tərkibində şəkər, rəngləndirici və sağlamlığa zərərli asidik əlavələr var.

Aysel Yaqubqızı / Metbuat.az

Termometrlə bunu da etmək olurmuş: - Sizi ölümdən qoruyacaq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR