Play Store

Lerik sakini qanunsuz kəsdiyi ağacın altında qalaraq ölüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün Lerikdə ölümlə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, hadisə saat 16 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 15 saylı dolayında baş verib.

Lerik rayonunun Çayrud kənd sakini 1953-cü il təvəllüdlü Tərzan Muradov müəssisənin Vizəzəzmin meşəbəyliyindəki dolaya özbaşına daxil olaraq qanunsuz ağac kəsərkən kəsdiyi ağac onun üzərinə düşüb. Nəticədə T.Muradov yerindəcə keçinib. Ərazisində ağac kəsintisi ilə bağlı məlumat alan Lerik MMBM-nin Vizəzəzmin meşəbəyliyinin 15 saylı dolayının meşə gözətçisi Əflatun Almasov hadisə yerinə gəlib və qanunsuz ağac kəsən şəxsin ağacın gövdəsi altında qaldığının şahidi olub. Meşə gözətçisi dərhal hadisə ilə bağlı müəssisənin rəhbərliyinə və rayon polis şöbəsinə məlumat verib.

Baş vermiş hadisə ilə əlaqədar Lerik rayon polis şöbəsində araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR