"Qəbələ" Polşada mərhələ adladı

UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçirilib.

Metbuat.az-ın məlumatına görə, təmsilçimiz "Qəbələ" Polşada yerli "Yagelloniya"nın qonağı olub.

Oyun "qırmızı-qaralar"ın üstünlüyü şəraitində keçib. 18-ci dəqiqədə İlqar Qurbanov hesabı açıb. "Qəbələ" bununla da kifayətlənməyib. Matçın son anlarında Ozobiç fərqlənib. Beləliklə, iki oyunun ümumi hesabına görə 3:1 hesabı ilə üstün olan "Qəbələ" III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

"Yagelloniya" (Polşa) - "Qəbələ" (Azərbaycan) - 0:2

Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89

Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)

Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika (hər ikisi Rumıniya)

Dördüncü hakim: George Katalin Qaman (Rumıniya)

Belostok. Şəhər stadionu

İlk oyun – 1:1


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR