Rus və alman nazir razılaşdı

Rus və alman nazir razılaşdı
17:36 8 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Almaniya istər ikitərəfli, istərsə də "Norman formatı"nda Ukraynadakı vəziyyətlə əlaqədar danışıqları davam etdirəcək. Bu barədə iki ölkənin xarici işlər nazirləri Serqey Lavrov və Frank-Valter Ştaynmayer razılığa gəliblər.

ANS PRESS-in Qazeta.ru-ya istinadla verdiyi məlumata görə, tərəflər yaranmış böhranı müsbət tendensiyalar əsasında daxili imkanlar hesabına sülh yolu ilə həllinə ehtiyac duyulduğunu söyləyib, əsirlərin dəyişdirilməsinin, regionda humanitar problemlərin həllinin, Ukraynadakı siyasi qüvvələrin iştirakı ilə Konstitusiya islahatlarına başlanılmasının vacibliyini vurğulayıblar.

Danışıqlar zamanı, Minsk müqaviləsindən irəli gələn tələblərin ciddi şəkildə icrasının əhəmiyyəti diqqətə çatdırılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR