Play Store

Türkiyədə daha bir güclü zəlzələ baş verdi - SON MƏLUMAT

TürkiyəYunanistan sahillərində güclü zəlzələ baş verib. 

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, zəlzələ Bakı vaxtı ilə saat 02:30-da qeydə alınıb. 6.3 bal gücündə olan zəlzələ Türkiyənin Bodrum şəhəri və Yunanıstanın Kos adasında hiss edilib.

Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km, Yunanıstanın Kos adasından isə 12 km aralıda dənizin 10 km dərinliyində qeydə alınıb.

Muğla Valisinin ilk açıqlamasına görə, zəlzələdən sonra Bodrumda 80-dən çox insan xəstəxanalara müraciət edib.

6.3 bal gücündə olan zəlzələnin ardınca Bodrumun Gökova körfəzində də 4.5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR