Play Store

İsti su aybaşı ağrılarını azaldır - İnanılmaz faydaları...

Suyun orqanizmə faydalı olduğu sübut olunmuş həqiqətdir. Lakin insanları düşündürən məslələrdən biri isti suyun nə işə yaradığıdır?

Metbuat.az xəbər verir ki, acqarına hər səhər bir stəkan isti və ya ilıq su içmək bağırsaqların düzgün işləməsini təmin edir.

Səhərlər içəcəyiniz bir stəkan limonlu isti su maddələr mübadiləsini sürətləndirərək çəki atmağınıza yardımçı olacaq.

İsti suyun faydaları bununla bitmir. Öskürək, boğaz ağrısı, soyuqdəymə zamanı olduqca faydalıdır. Bəlğəmin qarşısını alır, tənəffüs borusunu açır. İsti su həmçinin, aybaşı ağrılarını azaltmağa yardım edir.

Dərinin elastikliyi və parlaqlığı üçün isti su içmək vacibdir.

İsti su içmək yumşaq və parlaq saçlara sahib olmaq üçün ən yaxşı yoldur. Saç köklərindəki sinir uclarını hərəkətə keçirir, eyni zamanda saçların uzanmasını təmin edir.

Aysel Yaqubqızı / Metbuat.az

Uşaqları bu qidalardan uzaq tutun - Xəbərdarlıq - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR