Play Store

ZƏLZƏLƏ ANI: Türkiyədə qorxu filmləri gerçək oldu... - VİDEO

Türkiyənin Bodrum şəhərində baş verən zəlzələ kameralara yansıyıb.

Metbuat.az bildirir ki, Bakı vaxtı ilə saat 02:30-da baş verən zəlzələni Bodrumdakı ərzaq dükanlarından birinin kamerası anbaan lentə alıb.

Qeyd edək ki, iyulun 21-nə keçən gecə Türkiyə və Yunanistan sahillərində güclü zəlzələ baş verib. 6.3 bal gücündə olan zəlzələ Türkiyənin Bodrum şəhəri və Yunanıstanın Kos adasında hiss edilib.

Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km, Yunanıstanın Kos adasından isə 12 km aralıda dənizin 10 km dərinliyində qeydə alınıb.

Muğla Valisinin ilk açıqlamasına görə, zəlzələdən sonra Bodrumda 80-dən çox insan xəstəxanalara müraciət edib.

6.3 bal gücündə olan zəlzələnin ardınca Bodrumun Gökova körfəzində də 4.5 bal gücündə zəlzələ qeydə alınıb.

Sözügedən görüntüləri təqdim edirik.

Türkiyədə daha bir güclü zəlzəzlə baş verdi - SON MƏLUMAT – OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR