Play Store

Bodrumda SUNAMİ baş verdi - Restoranları su basdı / VİDEO

Egey dənizində 6.3 bal gücündə baş verən zəlzələdən sonra bölgədə sunami baş verib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, sosial mediada paylaşılan görüntülərdə zəlzələnin yaşandığı bölgədə suyun səviyyəsinin yüksəldiyi görülür.

Mediada yer alan xəbərlərdə bildirilir ki, zəlzələ nəticəsində təqribən 3 dəqiqə ərzində Bodrumun sahilyanı ərazilərində yerlşən otellərin restoran hissələrini, eləcə də 16 iş yerini su basıb. 30-dan çox avtomobilə ciddi ziyan dəyib. Bəzi evlərdə çatlar meydana gəlib.

Yerli əhali, eləcə də turistlər gecəni küçədə keçirməli olub. Bəzi turistlər qaldıqları oteli tərk ediblər.

Boğaziçi Universiteti Kandilli Rəsətxanasının açıqlamsına görə, baş verən zəlzələ ilə bağlı Egey dənizində 10 sm sunami dalğası qeydə alınıb.

Türkiyədə daha bir güclü zəlzəzlə baş verdi - SON MƏLUMAT –OXUMAQ ÜÇÜN TIKLAYIN!


Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR