Play Store

Dərman və qazdan zəhərlənənlərin sayı - AÇIQLANDI

Bu ilin 6 ayında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 565 müraciət olunub.

Bunu Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dərmanla zəhərlənmə ilə bağlı 241, dəm qazı ilə zəhərlənmə ilə bağlı 133, kəskin allergik reaksiyalarla bağlı 67, sirkə turşusu ilə zəhərlənmə ilə bağlı 52, spirtli içkilərdən zəhərlənmə ilə bağlı 56 nəfər qəbul edilib.

A.Maqsudov bildirib ki, sirkə turşusu 1 xörək qaşığı qəbul olunduqda onun ciddi fəsadları olur: "Həkim müalicə etməzsə, bu, ölümlə nəticələnir. Sirkə turşusunun qəbulundan 2 nəfər ölüb".

A.Maqsudov deyib ki, Sumqayıtda propilen zavodunda zəhərlənən 11 nəfərdən 1 nəfəri daha ağır idi: "O, bizə çatdırılmışdı. 1,5 sutkadan sonra özünə gəlmişdi. O, artıq evə yazılıb. Fövqəladə Hallar Nazirliyinin kanalizasiya quyusunda bu günlərdə zəhərlənən 4 əməkdaşdan 2-si koma vəziyyətində idi. Onlar həyata qaytarılıb".

A.Maqsudov deyib ki, bu il KTM-ə 41 nəfər ilan, 6 nəfər əqrəb sancması ilə bağlı müraciət edib. Bu say ötən ilin müvafiq dövrü ilə müqayisədə azdır.//Trend

Azərbaycanda 71 nəfər qidadan zəhərlənib - 20-45 yaşlıları var... - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR