Bakıya gətirən yollarda vəziyyət: maşınlar yollarda qalıb

17:37 8 Yanvar 2015
265 Sosial
Ölkə mətbuatı
A- A+

Yağan qar magistral yollarda avtomobillərin hərəkətinə problemlər yaradıb. Bəzi istiqamətlərdə qar səbəbindən gediş-gəliş çətinləşib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, bəzi avtomobillər yolda qalıb, bəzi sürücülər isə alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar. Ağsu dolayları və Muğanlı-İsmayıllı yolunda problem daha qabarıq şəkildə özünü göstərir. Şamaxıda isə qarın hündürlüyü 20 sm-ə çatıb. Digər tərəfdən güclü külək bəzi yolların qismən buz bağlamasına səbəb olub.

Sürücülər çətin anlar yaşayıb. Bakı-Şamaxı yolunun qardan təmizlənməsi üçün müvafiq qurumlar hərəkətə keçiblər. Çoxlu sayda işçi qüvvəsi və texnika əraziyə cəlb olunub. Bir çox ərazilərdə nəqliyyatın hərəkəti bərpa edilib.
Hazırda Bakı-Şamaxı yolu işlək vəziyyətdədir. Axşam saatlarında isə yolların buz bağlayacağı ehtimal olunur. Bu səbəbdən sürücülərə adıçəkilən istiqamətlərdən mümkün qədər az istifadə etmək tövsiyə olunur.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR