BAKI: Şah İsmayıl Xətainin heykəli götürüləcək - AÇIQLAMA

Bakıda Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəli götürüləcək.

Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə yol kəsişməsinin salınmasının nəzərdə tutulması ilə bağlıdır:

"Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq. Bununla bağlı artıq lazımi qurumlara müraciət etmişik. Müraciətə cavab veriləndən sonra heykəl oradan götürülərək başqa əraziyə köçürüləcək".

Bu universitetlərdə təhsil haqları artırıldı - SİYAHI - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR