İskəndər kababını evdə hazırlayın - RESEPT

İskəndər kabab sevənlər, bu xəbər sizə görədir. 

Metbuat.az xəbər verir ki, İskəndər kababı evdə özünüz hazırlaya bilərsiniz. Kababın hazırlanma qaydasını təqdim edirik:

Tərkibi:

1 paket hazır bişməmiş dönər

2-3 ədəd pide

2 ədəd pomidor

1 kasa qatıq

50 qram duzlu kərə yağı

2 yemək qaşığı tomat

3-4 ədəd bibər

1 çay qaşığı duz

Qeyd: Ətləri yağda bişirsəniz, büzüləcək. Ətlərin şəklinin pozulmaması üçün tomatlı sousun içində bişirin. Normal kərə yağı əvəzinə duzlu kərəyağı istifadə etsəniz, daha ləzzətli olacaq.

Hazırlanması:

Sobadan aldığınız pideləri kəsib qaba qoyun. Pomidorları dilimləyib qabın kənarına qoyun. Tavada bibərləri qızardın və qabın kənarına düzün. Başqa tavada tomatın üzərinə su əlavə edib qaynadın. Daha sonra bir yemək qaşığı qabdakı çörəklərin üstünə əlavə edin. Tavada qalan tomatın üzərinə ətləri əlavə edib bişirin. Ətləri çörəklərin üstünə yayın. Üzərinə ərimiş kərə yağı və qatıq əlavə edib servis edin.

Nuş olsun!

Aysel yaqubqızı / Metbuat.az

Pəhrizdə olanlar üçün toyuq yeməyi - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR