Bakı şəhəri, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.
Fövqəladə Hallar Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gömrükdə qanunsuz içkilər aşkarlandı - FOTOLAR - Oxumaq üçün tıkla |