Play Store

Elmar Məmmədyarov Macarıstana gedir

Xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də Macarıstanda rəsmi səfərdə olacaq.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarovun Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

2014-cü ildə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto Azərbaycana rəsmi səfər edib.

Almaniyadan Türkiyə ilə bağlı - SƏRT QƏRAR - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR