Ceyms Uorlik: "Tərəflər 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürməlidir"

Ceyms Uorlik: "Tərəflər 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəlik götürməlidir"
17:42 8 Yanvar 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 17:39 ]

Bakı. Anaxanım Hidayətova - APA. "Çox vacibdir ki, tərəflər 2015-ci ildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə üzərlərinə öhdəlik götürsünlər".

Bu barədə APA-ya ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceym Uorlik cəbhə xəttində müşahidə olunan növbəti gərginliyi şərh edərkən bildirib.

 

“Həmsədrlər münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün ən yüksək səviyyələrdə tərəflərlə işini davam etdirəcək. Sülh razılaşmasına gətirib çıxaran danışıqların aparılması və cəbhə xətində, eləcə də Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısını ala biləcək tədbirlərin görülməsi gərginliyin azalmasında yardımçı ola bilər. Biz tərəflərə belə bir təklifi ciddi şəkildə nəzərdə saxlamağı tövsiyə edirik” - deyə C.Uorlik qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR