Play Store

Marsa səyahət planı təxirə düşdü - İlon Mask açıqladı

"SpaceX"in yaradıcısı İlon Mask Marsa səyahət məqsədiylə istifadə edilməsi planlaşdırılan "Falcon Heavy" raketinin ilkin test nəticələrinin böyük ehtimalla uğursuz olacağını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Mask ISS R&D konfransında çıxış edib. 46 yaşlı biznesmen qeyd edib ki, "Falcon Heavy" gələcəkdə Marsa səyahət planının əsasını təşkil edəcək, ancaq indilik raketin təkmilləşməyə ehtiyacı var.

Qeyd edək ki, "Falcon Heavy" 54 ton ağırlıq qaldırmaq potensialına sahib olacaq. Bu, onun dünyanın ən böyük raketi olacağı anlamına gəlir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR