Play Store

İlk dəfə hər iki qolu transplantasiya olan uşaq -VİDEO / FOTO

Hər iki qolu transplantasiya olunan ilk uşaq artıq beysbol oynayır.

Metbuat.az xəbər verir ki, 2 yaşında infeksiya səbəbi ilə əlləri və ayaqları kəsilən Zion ABŞ-ın Filadelfiya şəhərində bir uşaq xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra uzun müddət fiziki müalicə alan Zionun bədəni nəql edilən qolları 8 dəfə rədd edib. Immunitet sistemini gücləndirən dərmanlarla bədən qolları qəbul etməyə başlayıb.

Bu gün 10 yaşında olan Zion əməliyyatdan 2 il sonra o qollarla artıq beysbol belə oynaya bilib.

Qeyd edək ki, 1998-ci il həyata keçirilən ilk qol transplantasiyasından sonra 100-dən çox insan bu əməliyyatdan olub. 2000-ci ildə isə ilk cüt qol transplantasiyası həyata keçirilib.

Aysel Yaqubqızı / Metbuat.az

Soğanlı süd qarışığı - Xərçəngin dərmanıdır! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR