Play Store

Ən dadlı pitsa, cəmi 15 dəqiqə... - RESEPT

Yemək hazırlamalısınız, ancaq vaxtınız çox azdır?

Metbuat.az 15 dəqiqəyə hazırlayacağınız lavaş pitsanın hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

2 ədəd lavaş çörəyi

Çerri pomidor

Roka

Bir qaşıq tomat

Göbələk

Sosiska

200 qram kaşar pendiri və bir qədər qara zeytun

Hazırlanması:

İsti su ilə tomatı sous halına gətirin. Zeytun yağı tökülmüş tavaya lavaşları düzün. Üzərindən sous gəzdirin. Məhsullardan əlavə edin. Ardınca sürtgəcdən keçirilmiş kaşar pendiri tökün. Daha sonra lavaşa bir qat da əlavə edib prosesi təkrarlayın. Digər məhsulları lavaş üzərinə əlavə edib sousla üstünü bağlayın.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

İskəndər kababını evdə hazırlayın - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR