Play Store

Könül Xasıyeva göz yaşlarını saxlaya bilmədi - FOTO

Uzun müddətdir ki, onurğa xəstəliyindən əziyyət çəkən xalq artisti Könül Xasıyevaya həsr olunan xeyriyyə tədbiri keçirilib.

Metbuat.az xəbər verir ki, tədbir "Loqos" psixologiya və nitq mərkəzinin binasında baş tutub. Görüşün aparıcılığı Kamran Quliyevə həvalə olunub.

Səhhətində ciddi problemlər olan xalq artisti çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib. O, oğlunun da səhhətində problem olduğunu etiraf edib.

Xalq artsiti ilə görüşdə modelyer Gülnarə Xəlilova, Fəxriyə Xələfova, millət vəkili Jalə Məmmədova, müğənnilərdən İzzət Bağırov və başqaları iştirak edib.

Qeyd edək ki, səhhəti ağır olan muğam ifaçısı hazırda özəl xəstəxanaların birində müalicə alır.


Hamilə qadının mağazadan oğurluq anı - VİDEO- Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR