Boyu 50 sm,gözləri böyük,dişləri uzun,ayaqları tərsinə -

İstanbulda iki uşağını boğaraq qətlə yetirən ana məhkəmədə növbəti dəfə ifadə verib.

Mebuat.az-ın məlumatına görə, Xədicə Tiryakin ifadəsində bildirib ki, o hadisəni “yaşıl adam”ın göstərişi ilə törədib. 26 yaşlı xanım belə deyib:

“Mənə iki cin uşaq var onları öldür dedi. Mən onların cin olduğunu güman edib boğdum. Özümə gələndə qətlə yetirdiyim uşaqların öz övladlarım olduğunu gördüm”.

Qatil ana “yaşıl adam” dediyi varlığın xarici görünüşünü də təsvir edib:

“Boyu 50 sm, gözləri böyük, dişləri uzun, dırnaqları uzun, ayaqları tərsinə idi”.

Qeyd edək ki, 6 ay əvvəl Xədicə 6 aylıq və 5 yaşlı iki körpəsini qətlə yetirib. 

Sübhan / METBUAT.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR