15 min manatlıq geyim və məişət əşyası oğurlayan qadınlar tutulub -

Gəncədə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aynur Məmmədova və Sədaqət Quliyeva tutulublar. 

Onlar iyulun 17-də rayon ərazisindəki evlərdən birindən 15000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda təqsirləndirilirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR