Türkiyə və Almaniya XİN rəhbərləri arasında telefon danışığı olub

Türkiyə və Almaniya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Ziqmar Qabriel arasında telefon danışığı olub.

  Metbuat.az-ın məlumatına görə, nazirlər ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıblar.    

  Qeyd edək ki, Almaniya rəsmilərinin Türkiyənin ünvanına səsləndirdikləri son açıqlamaları Ankaranın sərt reaksiyasına səbəb olub. 

  “Rəsmi Berlin nəinki PKK terrorçuları və FETÖ tərəfdarlarının Türkiyə əleyhinə fəaliyyətinə əhəmiyyət vermir, hətta terrorçuluqda şübhəli bilinərək saxlanılan və həbs edilən şəxslərin azad olunması ilə bağlı yolverilməz tələblər irəli sürürlər”, - deyə XİN-nin məlumatında bildirilir.   

  Türkiyə XİN-i Berlinin terrorçuluqla mübarizə və milli təhlükəsizliyin təmin edilməsi məsələsində Ankaranın maraqlarını nəzərə alacağına ümidvar olduğunu qeyd edib.   



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR