İranda 25 gəmi yanıb.
Metbuat.az-ın məlumatına görə, hadisə Kanqan liman şəhərində baş verib. Nəticədə 8 nəfər dəm qazından zəhərlənib və müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Gəmi sahiblərinə ümumilikdə 2 milyon dollar məbləğində ziyan dəyib.
Məlumata görə, sahilə kəndirlə bağlı olan qayıqların birində suyu çəkmək üçün quraşdırılan nasos yanıb. Alov tez bir zamanda yayılıb.