Qətər Körfəz ölkələrini böhranın həllinə çağırır

Qətər əmiri dörd Körfəz ölkəsi - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), BəhreynMisirlə yaşanan böhranın əvvəlindən bəri verdiyi ilk ictimai açıqlamasında mübahisənin həllinə səsləyib.

Təmim Bin Həmməd əl-Tani ölkəsi əleyhinə aparılan "bədniyyətli rüsvayçı kampaniyanı" pisləyərək əhali tərəfindən göstərilən təmkini təqdir edib.

"Bildiyiniz kimi Qətərdə həyat öz axarı ilə davam edir, - Təmim Bin Həmməd əl-Tani telemüraciətində qeyd edib.

" Çözülməmiş problemi həll etmək üçün dialoqa açığıq".

Qeyd edək ki, iyun ayının əvvəlində Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik və iqtisadi münasibətləri kəsdiklərini elan edib.

Dörd ölkə Qətəri ekstremizm və terrorçuluğa dəstək verməkdə ittiham edir.

Təmim Bin Həmməd əl-Taninin dediyinə görə danışıqlar yalnız ölkəsinin suverenliyinə hörmət şəraitində baş tuta bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR