Alt paltarlarının satışa çıxarılması Madonnanı qəzəbləndirdi -

ABŞ məhkəməsi Madonnanın şəxsi əşyalarının hərracını dayandırıb.

Metbuat.az-ın məlumatına görə, buna səbəb Madonnanın özünə aid məxviliyin pozulduğunu irəli sürərək ali orqana müraciət etməsidir. Nyu- York məhkəməsi məsələ ilə bağlı dinləməni sentyabrın 6-na təyin edib.

Həmçinin, ali orqan “Gotta Have Rock” və “Roll” hərrac evinə həmin tarixədək pop ulduzun əşyalarına hərraca çıxarmağı qadağan edib. Hərraca çıxarılan əşyalar arasında 58 yaşlı Madonnanın alt paltarı, çek kitabçası, darağı, fotosu və mərhum repçi Tupak Şakurla münasibətlərinin kəsilməsi barədə məktubu olub.

Pop superulduzu deyib ki, onun şəxsi əşyaları keçmiş dostu tərəfindən oğurlanıb.

Qeyd edək ki, repçi yazdığı məktubda Madonna ilə irq məsələsinə görə ayrıldığını bildirib.Məktub 1995-ci il yanvarın 15-də, Şakur cinsi zəmində təcavüz cəhdinə görə həbsxanada olan vaxt yazılıb.

Qeyd edək ki, məktub yazıldıqdan 18 ay sonra Şakur güllələnmişdi. 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR