75 il əvvəl itkin düşmüş cütlüyün qalıqları tapıldı -

Alp dağlarında aşkar edilmiş 75 il əvvəl itkin düşən cütlüyün qalıqları barədə araşdırmalar davam edir. Qalıqlar kiçik buzlaqlarda aşkar edilib.

Metbuat.az-ın məlumatına görə, Marselin və Fransin Dumolinlər 1942-ci ilin avqust ayının 15-dən bəri itkin idi. Çütlüyün kiçik qızı Marselin Udri-Dumolin bildirib ki, bütün həyatları valideynlərinin axtarışına sərf edilib. Hazırda 79 yaşı olan həmin xanım bu xəbərin ona rahatlıq verdiyini deyib

.Çütlüyün kimliklərinin təsdiq edilməsi üçün DNT testləri keçiriləcək. Onların qalıqlarının yanaşı uzanmış şəkildə, əyinlərində İkinci Dünya Müharibəsi dövrünün geyimlərlə aşkar edilib. Marselin 40, Fransinin isə 37 yaşı vardı.  



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR