İrandan gözdağı -

İran “Sayad-3” havadan müdafiə raketlərinin istehsalına başlayıb.

Metbuat.az-ın məlumatına görə, istehsalın açılışı mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan iştirak edib. Nazir çıxışında qeyd edib ki, “Sayad-3” raketlərinin istehsalında müasir dünya texnologiyaları nəzərə alınıb:

“Bu raketlər təhlükə mənbəyi olan istənilən hədəfi – “görünməyən” qırıcılar, pilotsuz uçan aparatlar, qanadlı raketlər, helikopterlər və digər uçan vasitələri vurmağa qadirdir”.

Onun sözlərinə görə, “Sayad-3” raketlərinin vurma məsafəsi təqribən 120 km-ə yaxındır.  


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR