Nüfuzlu narkobarona 30 illik həbs cəzası verilib

ABŞ-ın Texas ştatının hakimi meksikalı narkotik karteli liderinə 30 il həbs cəzası verib.

Metbuat.az-ın məlumatına görə, hakim həmçinin Meksikanın Zetas kartelinin yüksək ranqlı üzvü İvan Velasqez-Kaballeronun narkotiklə əlaqəli cinayətlərə görə 10 milyon ABŞ dollar məbləğində cərimə edilməsi barədə qərarı verib.

Velasqez-Kaballero 2012-ci ildə Meksika rəsmiləri tərəfindən həbs edilərək, ABŞ məhkəməsinə çıxması üçün ekstradisiya edilib. 2014-cü ildə o, narkotik idxalı və distribusiyasına görə günahkar olduğunu etiraf edib.

Kartel liderinin həbs müddəti bitdikdən sonra Meksikaya deportasiya ediləcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR