Yapon dənizində Şimali Koreyaya məxsus sualtı qayığın gözlənilməz fəallığı müşahidə edilib.
Metbuat.az-ın məlumatına görə, “Romeo” tipli dizel-elektrik mühərrikli sualtı qayıq artıq bir həftədir ki, Yapon dənizində hərəkət edir. Bu, əvvəllər qeydə alındığından daha uzunmüddətlidir.
Bu sinfə aid olan sualtı qayıqların həmin ərazidə hərəkəti, adətən dörd gündən çox çəkmir.