Polşada etiraz aksiyaları genişlənir -

Polşada hakim partiyaya qarşı etirazlar ölkənin 100 şəhərinə yayılıb.

Metbuat.az-ın məlumatına görə, aksiyalar parlamentdə qalmaqallı qanunun qəbulundan sonra başlayıb.

Qanuna görə, sağçı hökumət Ali Məhkəmənin hakimlərini işindən kənarlaşdıra bilər. Prezident Dudanın qanunu 21 günlük müddət ərzində imzalayacağı gözlənir.

Etirazçılar prezidenti qanuna veto qoymağa çağırır. Yeni qanun qüvvəyə minərsə, Ədliyyə Nazirliyinə hakimlərin yerinə yenilərini təyin etmək səlahiyyəti verəcək.

Aksiyaçılar hesab edir ki, bu, demokratiyaya zərbədir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR