Ötən gün Xəzər dənizində 1 nəfər batıb, 2 nəfər xilas edilib

Ötən gün Xəzər dənizində 1 nəfər batıb, 2 nəfər xilas edilib.

Metbuat.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. 

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfəri xilas edib, digər 1 nəfərin, 1980-ci təvəlüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:20-də başa çatıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR