Azərbaycan millisində milyonluq futbolçu!

Azərbaycan millisində milyonluq futbolçu!
17:52 8 Yanvar 2015
187 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın “Qranada” klubunda çıxış edən Eddi İsrafilov, nəhayət ki, Azərbaycan millisində oynamağa razılıq verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, futbolçunun valideynləri və meneceri bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.
  
Az öncə başa çatan görüşdə tərəflər Eddi İsrafilovun Azərbaycan millisində oynamaq məsələsini müzakirə edib. Yekunda danışıqlar müsbət nəticələnib. Bu isə o deməkdi ki, 22 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin şərəfini qoruyacaq. AFFA buna görə Eddi İsrafilova heç bir məbləğ ödəməyəcək.
 
Qeyd edək ki, Eddi İsrafilov müqavilə ilə İspaniyanın digər klubu “Mursiya”ya məxsusdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318001.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR