Play Store

Emin Ağalarov iddialara cavab verməkdən boyun qaçırır - "Heçnə eşitmək istəmirəm"

ABŞ prezidenti Donald Trampın oğluyla rusiyalı hüquqşünas Nataliya Veselnitskanın görüşünün təşkilatçısı olduğu iddia edilən müğənni Emin Ağalarov məsələ ilə bağlı ona ünvanlanan suallara cavab verməkdən boyun qaçırıb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, məşhur müğənni Yurmala konsertinə hazırlıq zamanı iddialara belə münasibət bildirib:

"Tramp barədə heç bir sual eşitmək istəmirəm. Mən bura müğənni kimi gəlmişəm. Mənim bu axşamkı konsertimə gəlin".

Qeyd edək ki, iddialara görə, həmin görüşdə Trampın oğlu Rusiya tərəfinə prezidentliyə namizəd Hillari Klinton barədə məxfi məlumatlar ötürüb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR