Play Store

Pəhrizdə olanlar üçün ləzzətli içki - RESEPT

Pəhrizdə olanlar üçün çox dadlı bir içki hazırlayacağıq.

Metbuat.az tərkibində sağlamlıq üçün faydalı bir çox məhsulu birləşdirən içkinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 ədəd qırmızı alma

1 ədəd kiçik banan

Yarım stəkan yulaf əzməsi

Yarım çay qaşığı toz darçın

Hazırlanması:

Alma və bananı bölüb blenderdən keçirin. Almanın qabığını soymayın, sadəcə içərisindəki tumları təmizləyin. Çox qatı bir içki əldə etdinizsə, biraz badam südü ya da su əlavə edə bilərsiniz. Əgər soyuq bir içki hazırlamaq istəyirsinizsə, digər məhsullarla birlikdə blenderə biraz buz qoya bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

Sərinləmək istəyənlər, bu içkidən için - Portağallı soyuq çay / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR