Play Store

Kiyevdə son 137 ilin ən isti gecəsi qeydə alınıb

Ukraynanın paytaxtı Kiyevdə iyulun 22-də son 137 ilin ən isti gecəsi qeydə alınıb.

Metbuat.az-ın məlumatına görə, bu barədə Mərkəzi Geofizika Rəsədxanası məlumat yayıb.

Məlumatda bildirilir ki, Kiyevdə həmin gecə temperatur 22,7 dərəcədən aşağı düşməyib və bu, yeni rekorddur. 

Qeyd edək ki, son bir həftədə Ukraynada 22-30 dərəcə isti müşahidə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR