Play Store

"Bakıda olsaydım, bu gün 7 mərasimim idi" - Ürəyi 3 dəfə dayanan aparıcı

"Bakıda olsaydım, bu gün 7 mərasimim idi”.

Bu sözlər tanınmış model və aparıcı Tunay Əliyevaya məxsusdur.

Ötən həftə komaya düşən Tunay Metbuat.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini deyib: 

“Düz bir həftə öncə üç dəfə ürəyim dayandı, özü də ad günümdə. Məni ayağa qaldırmağa Türkiyə həkimlərinə cəmi 3 gün vaxt lazım oldu. Azərbaycan həkimləri inciməsin, Bakıda olsaydım, bu gün 7 mərasimim idi. Bir həftə keçib, mən artıq manikürə gəlmişəm”. 

Aparıcı komaya düşməsinin səbəbini də açıqlayıb: “Üç ay idi ki, vegetarian olmuşdum və onunla bərabər ağır dietadaydım. Arıqlamaq istəyirdim. Qanım çox düşübmüş və üstəlik, çox ağır bir stress yaşadım. Təzyiqim gün ərzində dəfələrlə 20-yə düşürdü və nəhayət, sonu xəstəxana oldu. Əsas odur ki, indi sağlamlığıma qovuşdum”. 

Xalis balı seçmək üçün ən asan üsullar - VİDEO-Oxuma üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR