Play Store

"Müğənniləri artıq tanıyıram" - Elzadan həmkarlarına SƏRT SÖZLƏR

Əməkdar artist Elza Seyidcahan bahalı geyimləri ilə öyünən müğənniləri tənqid edib.

Mətbuat.az-a xəbər verir ki, müğənni "ATV Maqazin 10-larla"ya açıqlamasında qarderobu ilə məşhur olan həmkarlarına bu sözləri deyib:

"Repertuar genişləndirmirlər, qarderobu genişləndirirlər. Bəzi müğənniləri artıq yaxından tanıyıram. O paltarları onların əynində görəndə həmin libaslara elə yazığım gəlir ki. Deyirəm, ay Allah, gör bu paltarı kim daşıyır. Onun heç xəbəri yoxdur ki, o paltarı kəşf edən hansı insandır və necə əziyyət çəkib.  

Çox qəribədir insanlar bir-birlərini aldatmağa çalışırlar. Bunun üçün də brend geyimlərə qaçırlar. Bahalı maşın, bahalı saat, bahalı telefon, bir-iki dənə də qarderob - bunlarla 10-15 insanı aldadırlar. Adi bir kətan da geyinsəm, yenə də Elzalığım bilinəcək. Orada da Elza olacağam. Bəziləri öz müsbət keyfiyyətlərini sadalamaq əvəzinə, geyindikləri libasların brendlərini sadalayırlar. Sanki bununla harasa qalxacaqlar, havada olacaqlar. O geyimlər olmasa, yerə düşürlər, qarpız kimi partlayırlar. Ümumiyyətlə belə baxanda, hər kəs brenddir: Çin brendləri var, Elza Seyidcahan var".

Rafetin azərbaycanlı modellə yeni klipi - Hovuz görüntüləri niyə kəsildi? / VİDEO - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR