Azərbaycanlının bağırsağından heroin çıxdı

Azərbaycanlının bağırsağından heroin çıxdı
18:05 8 Yanvar 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

İrandan Azərbaycana bağırsağında narkotik vasitə keçirmək istəyən şəxs yaxalanıb
Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Emin Qurbanovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 3 ədəd bükümdə, ümumi xalis çəkisi 101,624 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/318007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR