Pakistanda partlayış - Azı 26 nəfər ölüb, 57 nəfər yaralanıb

Pakistanın Lahor şəhərində baş vermiş partlayış nəticəsində azı 26 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

Metbuat.az xəbər verir ki, partlayış meyvə-tərəvəz bazarının girişində törədilib. Yaralananlardan bəzilərinin vəziyyəti ağırdır. 

Bildirilir ki, kamikadze tərəfindən həyata keçirilən partlayışın hədəfi hüquq mühafizə orqanlarının əməkdaşları olub. İlkin məlumata görə, hücum zamanı azı 8 polis işçisi həyatını itirib. 



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR