Trampın kürəkəni etiraf etdi - "Görüşmüşəm"

ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Cared Kuşner prezident seçki kampaniyası və ondan sonrakı dövrdə Rusiya rəsmiləriylə görüşdüyünü etiraf edib.

Metbuat.az-ın məlumatına görə, bununla belə o, heç bir xarici hökumətlə hər hansı bir sözləşməyə getmədiyini bildirib.

Kuşner Senatın Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmədən və Konqresin Nümayəndələr Palatasının komitəsi qarşısında ifadə verməzdən öncə 11 səhifədən ibarət bəyanat açıqlayıb.

Qeyd edək ki, Konqresin hər iki komitəsi Rusiyanın keçən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR