Azərbaycan neftinin son qiyməti - Azalıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 49,45 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,83 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib. 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 21-də 48,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır. 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 21-də 46,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel azdır. 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 21-də 47,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,77 dollar/barel azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR