Erinin narkomana cevirdiyi genc qadinin etiraflari - FOTO

Erinin narkomana cevirdiyi genc qadinin etiraflari - FOTO
18:05 8 Yanvar 2015
1096 Digər
Ölkə mətbuatı
A- A+

...Demir barmaqliqli qapi gurultu ile acilir. Uzun, ancaq ensiz heyete daxil oluruq. Etraf sanki goy renge boyanib. Agaclar goy barmaqliqlarla hasarlanib, goy renge boyanmis oturacaqlar qoyulub.
Daha bir demir barmaqliqli qapinin qarsisindayiq. Bura qadin sobesidir...

Virtualaz.org saytinin emekdaslari Respublika Narkoloji Merkezinde olaraq narkomaniya kimi beladan xilas olmaq isteyenlerin mualicesi ile maraqlaniblar.

Respublika Narkoloji Merkezinin qadin sobesinde hazirda 4 xeste mualice alir.

“Heyat yoldasim heyatimi mehv etdi”

“Ele bil dordu de gozellik yarisina qatilib, cox gozeldirler” demeyimiz narkoman qadinlarin uzunu guldurur.

Nermine Babayeva (ad sertidir-red.) aciqlama vermekden cekinmir: “Iki usagim var, onlara anam baxir. Indiyedek usaq sevgisinin ne oldugunu bilmirdim. Ilahi, narkotik anadan da, usaqdan da eziz olurmus. Ana oldugumu hele indi-indi hiss edirem”.

27 yasli Nermine Babayeva 6 ildir narkotikden istifade edir. Deyir ki, heyat yoldasinin tekidi ile bir defe “dadina” baxmaq isteyib: “Heyat yoldasim mecbur eledi, men de kokainin “dadina” baxdim. Bilmirdim ki, agrilar meni “otuzduracaq”. Meni mehv eden heyat yoldasimdan ayrildim, sonradan onu ele narkotike gore hebs elediler”.

“Birinci, ikinci, ucuncu defe... Ve sonradan ayrila bilmedim. Hamisi bir defe dadina baxandan sonra bas verir. Mualiceye cehd edirdim, ancaq dusduyum “kruqum” imkan vermirdi” - deye Nermine soyleyir.

Qadinin sozlerine gore, mualiceden sonra kohne tanislari ile elaqesini kesecek: “Narkotik her yerde satilir. Almaga pulum olmayanda tanislarim verirdi. Buna gore de onlarla elaqeni kesecem. Cox pesmanam. Hec kim onun “dadina” baxmaga cehd elemesin. Yalandir, “bir defe edim, sonra etmeyecem” deye bir sey yoxdur. Hamisi ele birinci defeden baslayir. “Kruqa” dusursen, cixa bilmirsen, agri-aci imkan vermir...”

Diger qadinlar danismaq istemeseler de onlardan birinin anasinin tekidi ile mualice olunmaga raziliq verdiyini oyrenirik.

Kisi xestelerin yatdigi palatalara baxmaga icaze verilmese de veziyyeti hekimden oyrenmeye calisiriq.

Statistikada 28 min, realliqda 10 defe cox...

Hazirda qeydiyyatda olan narkotik madde istifadecilerinin sayi texminen 28 mine yaxindir.

Merkezin sobe mudiri Afet Memmedovanin sozlerine gore, statistika hazirlanarken resmi qeydiyyata alinanlarin sayi 10 misline vurulur: “Beynelxalq normalarda qeyri-resmi melumat bu cur elde edilir. Eger Azerbaycanda da qeyri-resmi melumatlara inansaq, gostericiler narahatliq doguracaq derecede olur. Azerbaycanda hesabat uc menbeden alinir. Birincisi, esas menbe Respublika Narkoloji Merkezi ve diger bolgelerinde fealiyyet gosteren narkoloji dispanserlerinde xeste kimi qeydiyyata alinanlardir. Ikincisi barelerinde mehkeme narkoloji tibbi-ekspertiza teyin olunaraq mecburi muayineye celb olunanlarin statistikasidir. Bundan elave, Nazirler Kabinetinin qerari var. Hemin qerara esasen ise qebul olunanlar ve isleyenler 1 il erzinde narkoloji tibbi muayineden kecmelidir. Bu muayineler zamani askarlanan xesteler profilaktik qeydiyyata goturulur. Umumi melumatlar xestelerin sayinda artim oldugunu gosterir”.

A.Memmedova dedi ki, resmi qeydiyyatda olanlarin 5 mini profilaktik qeydiyyata alinanlardir: “Cemi 5 min nefer profilaktik qeydiyyata alinib. Yerde qalanlar ise dispanser qeydiyyatinda olanlardir. Dispanser qeydiyyatinin profilaktik qeydiyyatdan ferqi ondadir ki, dispanser qeydiyyati olanlar artiq narkoloji xestediler. Yeni narkotik maddelerin qebulu neticesinde onlarda hem fiziki, hem de psixi asililiq formalasib. Amma profilaktik qeydiyyata alinanlar narkotik maddeleri epizodik qebul edenlerdir”.

Teessuf ki, qadinlar arasinda narkotik maddelerden istifade edenlerin sayinda ciddi artim musahide edilir.

Hekim deyir ki, xestelerin yasi cavanlasir: “Hazirda bizim xestexanada 185 xeste mualice alir. Dogrudur, qadin xestelerin sayi kisi xestelere nisbeten azdir. Ancaq 5-6 ilin statistikasina nezer yetirdikde narkoman qadinlarin sayinin artdigi belli olur. Cox teessuf ki, son iller qebul olunan xestelerin ekseriyyeti 1980-1990-ci illerde dogulanlar, yeni genclerdir. 1960-1970-ci ilde dogulanlara az rast gelinir. Hetta klinikamizda 14-15 yasli xesteler de mualice aliblar. Dogrudur, onlar artiq mektebde oxumurlar. Sonuncu defe bu yasda olan iki baci mualice aldi”.

Afet Memmedova narkotik istifadecilerinin sayinin artmasina da munasibet bildirdi: “Narkomaniyanin yayilma sebebi daha cox 3 amile baglidir. Birinci sebeb kimi olkenin cografi baximindan yerlesmesi, yeni Azerbaycandan tranzit olke kimi istifade edilmesi goturulur. Olkemize getirilen narkotik vasitelerin bir qismi Azerbaycanda lengiyir, Azerbaycan vasitesile Orta Asiya ve Qerbi Avropa, elece de Rusiyaya catdirilir. Yeni narkotikin elde olunmasi problem deyil.

Ikinci sebeb psixoloji amillerdir. Bunda aileler de gunahkardir. Aileler usaqlarin narkotikadan istifadesini gizledirler, gec muraciet edirler. Ancaq onlar basa dusmurler ki, bu gun gizletdikleri narkotik madde istifadecileri sabahin cinayetkarlari, agir infeksion xesteliklerin dasiyicisidir. Inanin ki, bize gelen xestelerin ekseriyyetinin en azi 5-10 il “staji” olur. Onlar vaxtinda muraciet etseydiler, daha effektli netice ala bilerdiler. Profilaktika tedbirlerinin yeterince aparilmamasi sebebinden de narkomanlarin sayi artir. Cox vaxt bunu deyende sehiyye gunahlandirilir. Ancaq dogru deyil. Sehiyyenin isi mualice ile mesgul olmaqdir. Profilaktik tedbirler heyata keciririk. Ancaq bu isle Tehsil, Idman ve Gencler nazirlikleri, elece de diger qurumlar mesgul olmalidir”.

8 yasli usaqlar da toksikomanliq edir

Merkezde narkomanlarla yanasi spirtli icki duskunleri, toksikomanlar da mualice alirlar.

A.Memmedovanin sozlerine gore, narkomanlarin ekseriyyeti orta mekteb dovrunden bu ise baslayiblar: “Alkoqolizm, toksikomaniya da narkoloji xestelikler qrupuna daxildir. Xeste merkezimize qebul olunanda ondan narkoloji analiz alinir. Xestelere sual verirsen ki, ilk defe narkotik maddeni hansi yasda qebul etmisen, cavab verende belli olur ki, ekseriyyeti orta mekteb yaslarindan bu belaya baslayiblar. 10-12, 14-16, hetta 8 yasda istifade edenler olur. Onlar tedricen narkotik maddeni deyisirler. Yeni bu, o demek deyil ki, onlar birbasa heroin istifade edibler. Evvel mueyyen heblerden, psixotrop dermanlardan istifade edibler. Sonra marixuanani papiros seklinde cekibler, sonra tiyrekden vena daxiline yeridibler, heroin iyleyibler. Cox vaxt xesteler yalniz venadaxili narkotik istifadesini narkomaniya sayirlar. Ancaq narkotik vasitenin orqanizme daxil olma yolu hec bir rol oynamir. Ele narkotik var ki, onlar yalniz iylemekle qebul olunur. Bu, o demek deyil ki, hemin sexs narkotik istifadecisi sayilmir”.

Toksikomaniyaya geldikde ise hekim soyleyir ki, toksikomaniyada tekce “kley” ve ya diger iyli kimyevi mehsullari qebul olunmur, mueyyen sedativ dermanlar, yad aromativ maddelerin qebulu da toksikomaniya sayilir.

A.Memmedova deyir ki, toksikomaniyanin ozunun de bir nece qrupu var: “Teessuf ki, bu gun orta mekteb usaqlari arasinda dermanlardan istifade cox “populyarlasib”. Yeni apteklerde mueyyen dermanlar satilir ki, onlar tibbi diger sahelerinde istifade olunur. Bu dermanlardan narkotik istifadecileri de qebul edirler. Onlarin dili ile desek, guya hezz alirlar. Normal halda satilmasina icaze verilen bezi dermanlari da onlar alib qebul edirler. Meselen, “Tropin” adli goz damcisi var. Bu damci goz xesteliklerinin muayinesinde istifade olunur ki, bebekde geden pataloji prosesler aydin gorunsun. Ancaq teessuf ki, son 4-5 ilde mualice etdiyimiz xestelerin coxu bu damcini vena daxiline vurub. Yeni cuzi miqdarda heroini qataraq venasina yeridirler. Hetta gunde 3-4 flakon vuran xestelerimiz var. Bu damcinin venaya yeridilmesi olumle neticelene biler. Bezen ise agir psixoloji duruma sebeb olur, xestelerde derin yaralar emele gelir. Bizde hazirda ele xeste yoxdu ki, onun psixoloji veziyyeti agir olmasin. Yalniz heroinden istifade eden xestelerin psixoloji durumu o qeder agir olmur. Bu xestelerin ise yuxu sisteminde, ehval-ruhiyyesinde problemler yaranib, davranislari deyisib. Bu, ondan ireli gelir ki, narkotik maddelerin terkibine coxlu sayda kimyevi maddelerin qatilmasindan ireli gelir. Biz “Tropin” gore Sehiyye Nazirliyi qarsisinda mesele qaldirdiq. Artiq bu dermanlar reseptle satilir. Ancaq yene de bu dermanlari problemsiz elde ede bilirler”.

“Narkomanlar arasinda sosial tebeqelesme itib”

Afet Memmedova onu da bildirir ki, “Narkoloji xidmet ve nezaret haqqinda” qanunun qebulundan sonra narkomaniyanin muayine ve mualicesi konulluluk prinsipi ile heyata kecirilir: “Cox teessuf ki, etraf muhitin tesiri, psixoloji durum ve cemiyyetin munasibeti neticesinde konullu muayine ve ya mualice olunmaga imkan vermir. Buna gore de xesteler mualice olunmaq istemeseler, biz onlari mecburi xestexanada saxlaya bilmerik. Bezen konullu gelenler olur, ancaq onlarin sayi cox azdir”.

Hekimin sozlerine gore, 2000-2001-ci ilde daha cox imkanli sexsler mualiceye gelirdise, indi sosial tebeqelesme aradan qalxib: “Hazirda ele xestemiz var ki, bazarda araba surur. Yeni gundelik corekpulunu gucle qazanib. Ele aileler de var ki, vaxtile maliyye imkanlari yaxsi olub, ancaq narkomaniya onlari cokdurub. Gucle oz gundelik ehtiyaclarini odeyirler. Hec kim bu beladan sigortalanmayib. Bu merkeze her sahenin mutexessisleri gelir. Hetta Turkiye, Gurcustan ve Rusiya vetendaslari da merkezimizde mualice aliblar”.

A.Memmedova qeyd etdi ki, artiq narkotik madde istifadecilerinin reabilitasiyasi ile bagli emr verilib: “Bizim mutexessisler xaricde olan reabilitasiya merkezleri ile tanis olublar. Yaxin gelecekde onlarin reabilitasiyasina baslanilacaq”.

...Demir barmaqliqli qapi gurultu ile baglanir. Qapinin o tayinda toplasanlar xestelerin veziyyetini oyrenmeye calisirlar.

... “Bala, vallah hamimiz yaxsiyiq. Tek nigaranciligimiz sendendir”.

Elindeki telefon desteyini konulsuz muhafizeciye uzadib goz yasini silen yasli qadin uzunu yanindaki cavan geline tutub “Dedi, cixandan sonra deyisecem, dedi pesmanam”-deyir.

Cavan gelinin uzundeki keder ise...

Milli.Az










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR