10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

Hindistan Ali Məhkəməsi hamilə olan 10 yaşlı qızın müayinə edilməsi barədə qərar qəbul edib.

Metbuat.az-ın məlumatına görə, həmin qız 6 ay əvvəl təcavüzə uğradıqdan sonra hamilə qalıb. Həkimlər bildirir ki, təcavüz qurbanının bədəni körpəni daşımaq üçün yetərincə inkişaf etməyib.

Qeyd edək ki, ölkə qanunlarına görə, hamiləliyin 20-ci həftəsindən sonra abort edilməyə icazə verilmir. Bu yalnız xüsusi icazəylə ola bilər.

Qız iddia edir ki, o, yaxın qohumu tərəfindən dəfələrlə zorlanıb. Şübhəli artıq həbs edilib.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR