Zabratdakı qəddar cinayətin qurbanları reanimasiyada: cani tutuldu - FOTO

Zabratdakı qəddar cinayətin qurbanları reanimasiyada: cani tutuldu - FOTO
18:05 8 Yanvar 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

Dünən axşam Zabrat qəsəbəsində baş verən cinayət hadisəsi zamanı yaralanmış bir ailənin bütün üzvləri 3 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsindədir.

Bunu virtualaz.org saytının xəstəxanada olan müxbirinə reanimasiya şöbəsinin cərrahı Aydın Kazımov deyib.

Onun sözlərinə görə, yaralılar axşam saat 23:30 radələrində xəstəxanaya gətiriliblər. Xəstələrdən 3-nün vəziyyəti ağırdır.

Ailə başçısı Yaşar Novruzovun və xanımının vəziyyəti daha ağırdır. Onlar çoxsaylı bıçaq zərbələri alıblar.

15 yaşlı övladları da qarın boşluğundan bıçaq zərbələri alıb. 2002-ci il təvəllüdlü oğlanın vəziyyəti orta-ağırdır. Həkimin sözlərinə görə, yaralıların heç birinin həyatına təhlükə yoxdur.

Hadisənin baş verməsinə Yaşar Əzimovla Yaşar Novruzov arasında yaşanan mübahisə səbəb olub. Onlar arasında olan mübahisə davaya çevrilib. Ailənin digər üzvləri də hadisəyə müdaxilə edib. Nəticədə Y.Əzimov ailənin bütün üzvlərini bıçaqlayıb. Davanın motivləri hələ müəyyən deyil. Polisdən əməkdaşımıza bildiriblər ki, hazırda bıçaqlanan ailə başçısının qardaşından şahid qismində ifadə alınır.

Daha sonra əməkdaşımız dəqiqləşdirib ki, bu qəddar cinayəti törədən şəxs də yaxalanıb və hazırda Sabunçu Rayon Polis İdarəsində saxlanılır.

Xatırladaq ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. 1969-cu il təvəllüdlü Əzimov Yaşar Şəki oğlu bacısı, 1972-ci il təvəllüdlü Novruzova İzzətxanım Şəki qızını, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Novruzov Yaşar Faiq oğlunu, övladları - 1999-cu il təvəllüdlü Faiqi və 2002-ci ildə anadan olmuş Rəşadı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan ailə üzvləri xəstəxanaya yerləşdirilib. Bildirilir k, Y.Əzimov bacısını və onun ailə üzvlərini onların yaşadığı evdə bıçaqlayıb. 45 yaşlı Yaşar Əzimovun özünün də həmin evdə müvəqqəti yaşadığı qeyd edilir.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR